“İşğaldan azad edilmiş ərazilərdə yeni seysmik stansiyalar tikiləcək”. Bunu AMEA-nın Neft və Qaz İnstitutunun direktoru Fəxrəddin Qədirov deyib.
Bu bərədə 30 yanvar tarixində APA məlumat verib.
Onun sözlərinə görə, 2022-ci ildə Azərbaycanda 12 762 zəlzələ olub:
“Respublika Seysmoloji Xidmət Mərkəzinin 84 seysmik stansiyası var. Lakin bu rəqəm dəyişəcək. Çünki işğaldan azad edilmiş ərazilərdə yeni seysmik stansiyalar tikiləcək”.