Ötən il Mediasiya Şurasına ailə məsələləri ilə bağlı 11 912 müraciət daxil olub. “Report” xəbər verir ki, bunu mayın 18-də qurumun rəsmisi Nadir Adilov deyib.
Həmin mübahisələrin 752-si barışıq sazişi ilə bitib. Onun sözlərinə görə, qadınlardan daha uğurlu mediatorlar alınır: “Hazırda qeydiyyatda 60-ı qadın olmaqla, 286 mediator var”.
N.Adilov vurğulayıb ki, cari ilin 5 ayında 11 005 ailə mübahisələrlə bağlı mediasiyaya müraciət edib: “Keçən illə müqayisədə rəqəmlərdə artım var. Bunların 395-i barışıq sazişi ilə nəticələnib”.