cinayətin açılması

Ötən il paytaxtda 16 mindən çox cinayət hadisəsi qeydiyyata alınıb

2022-ci il ərzində Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə 16 724 törədilmiş cinayət hadisəsi qeydiyyata alınıb ki, onların açılma faizi 87,3% təşkil edib. Bu, Bakı şəhər prokurorluğunda keçirilən əməliyyat müşavirəsində bildirilib.

Bununla bağlı 19 yanvar tarixində Report xəbər yayıb.

Qeyd edilib ki, il ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar qeydə alınmış 5135 hadisənin 1527-si narkotik vasitələr və psixotrop maddələrin satışı ilə bağlı olub.

Bakı şəhər prokuroru çıxışında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının satışı ilə məşğul olan mənbələrin müəyyən edilməsi ilə bağlı istintaq-əməliyyat tədbirlərinin daha da gücləndirilməsini nəzərə çatdırıb.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx