TÖVSİYƏ XƏBƏRLƏR

Ötən il piylənmə diaqnozu qoyulan uşaqların sayı açıqlanıb

Ötən ildə 18 yaşı tamam olmayan 637 nəfərə piylənmə diaqnozu qoyulub. Bu barədə sentyabrın 16-da Səhiyyə Nazirliyinin Qadın, ana, uşaq və yeniyetmələrin sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova bildirib.

Onun sözlərinə görə, qızlar arasında piylənmə 4,4%, oğlanlar arasında isə 5,3% təşkil edir.

“2011-ci ildə ilk dəfə həzm sistemi xəstəlikləri diaqnozu qoyulan 8 yaşadək uşaqların sayı 47 769 nəfər idisə, 2021-ci ildə onların sayı 59 863 mindən çox olub”, – deyə qurumun nümayəndəsi deyib.

Həkim əlavə edib ki, bizə xas olmayan mədə-bağırsaq xəstəliklərinin artması qərb mətbəxinin fastfudlarının ölkəmizə gətirilməsi ilə əlaqədardır.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx