Özbəkistanın Hərbi Hava Qüvvələrinə məxsus Mi-8 helikopteri Səmərqənd vilayətindəki Kattakurqan poliqonunda təlim uçuşu zamanı qəzaya uğrayıb.
Bu barədə İnsanoid ölkənin Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə istinadən bu gün, 18 noyabr tarixində məlumat verir.
İlkin məlumatlara görə, hadisə nəticəsində ekipaj üzvləri həlak olublar. Qəzanın səbəblərini müəyyən etmək üçün xüsusi komissiya işləyir.
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Özbəkistanın müdafiə naziri general-leytenant Baxodir Kurbanova başsağlığı ünvanlayıb.