Özbəkistandan Azərbaycana Türkmənbaşı limanından keçməklə yük daşınıb. Bu haqda 26 yanvar tarixində Report məlumat verib.
Belə ki, Azərbaycana Türkmənbaşı Beynəlxalq Dəniz Limanından keçməklə 100-dən çox konteyner daşınıb.
Məlumata əsasən, “Balkan” konteyner gəmisi ilə daşınan 40 futluq konteynerlərdə “Azərmaş” MMC üçün gətirilən avtomobillərin ehtiyat hissələri olub. Məhsulu Özbəkistana məxsus “Uzavto Motors” ASC istehsal edib, daşınmanı isə “Türkmənistan Nəqliyyat və Logistika Mərkəzi” ASC həyata keçirib.