Bəzi internet TV kanallarında özlərini qazi kimi təqdim edən şəxslərin intihara cəhd görüntülərini əks etdirən iddialar yayılıb. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün 23 sentyabr tarixində xəbər verir.
Həmin şəxslərdən 2 nəfər polisin qanuni müdaxiləsindən yayınaraq intihara cəhd görüntüsü yaradıb.
Sentyabrın 22-i saat 21:30 radələrində özünü qazi kimi təqdim edən bir qrup şəxs Bakı Dövlət Universitetinin tələbə yataqxanasındabir neçə otağı zəbt ediblər.
Bu gün və 21 sentyabrda otaqları zəbt etməyə çalışan şəxslərdən, borclu qismində axtarışda olan — 30 yaşlı Rufan Mahmudov özünü “Varis” şəhid ailələri və qazılərə qayğı ictimai birliyinin üzvü və müharibə iştirakçısı kimi təqdim etməklə tabesizlik nümayiş etdirib, qanunsuz tələblər irəli sürüb.
Bu zaman R.Mahmudovla birlikdə əvvəllər də Yasamal rayonu A.Abbasov küçəsində yerləşən Həkimlərin təkmilləşdirmə İnstitutunun otaqlarını zəbt edən 3-cü dərəcəli əlillik statusu olan, 30 yaşlı Ruslan Süleymanov və digərləri özlərini qazı kimi təqdim etməklə münaqişə yaradıblar, polis əməkdaşlarına xəsarət yetirməyə cəhd göstəriblər.
Onlar polis orqanına dəvət edilib. Onların sağlamlıq vəziyyəti nəzərə alınaraq barələrində müvafiq tədbirlər görülür.