Bakıda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə İnsanoid Oxu.az-a istinadən bu gün, noyabrın 6-da məlumat verir.
Zığ şosesi yaxınlığında BMW markalı, 90-RH-006 dövlət nömrə nişanlı avtomobil yol kənarındakı beton maneəyə çarpılaraq aşıb. Sürücünün avtoyuma məntəqəsinin işçisi olduğu, avtomobili narkotik maddənin təsiri altında idarə etdiyi bildirilir.
Qəza nəticəsində ölən və ya xəsarət alanlar barədə məlumat yoxdur.