Pakistan ixrac imkanlarını genişləndirmək məqsədilə Azərbaycan və Avropaya yükdaşımalara başlayıb. Bu barədə oktyabrın 4-də Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasından bildirilib.
Pakistana məxsus ilk sınaq yük partiyası artıq Azərbaycan ərazisindən keçərək Türkiyəyə çatıb. Azərbaycana ilk sınaq yükləri isə 5-6 oktyabr tarixlərində çatacaq.
Pakistandan mərmər, ipək, çəltik və tekstil kimi mallar ixrac ediləcək.