TÖVSİYƏ XƏBƏRLƏR

Pakistan Qarabağda aqrar müəssisələr yaratmaq niyyətindədir

Azərbaycan və Pakistan Qarabağda aqrar sektor sahəsində birgə müəssisələr yarada bilər. Bu sözləri martın 28-də Azərbaycan-Pakistan İqtisadi Əməkdaşlıq Palatasının sədri Xürrəm Bhattin Reporta bildirib.

O qeyd edib ki, Pakistan şirkətləri Qarabağda tikinti işlərində də mühüm rol oynaya bilər və məsələ iə bağlı danışıqlar aparılır.

İki ölkənin şirkətlərinin Gəncədə düyü dəyirmanı açmaq planları da var”, – deyə X.Bhattin əlavə edib.

Qeyd edək ki, 2022-ci ilin ilk iki ayı ərzində Azərbaycanla Pakistan arasında ticarət dövriyyəsinin dəyəri 3,4 milyon dollar olub. Bü, ötən ilin göstəricisi ilə müqayisədə 70% çoxdur. Hazırda ölkəmizdə sözügedən dövlətin 2 mindən çox şirkəti fəaliyyət göstərir.