TÖVSİYƏ XƏBƏRLƏR

Pakistanın baş naziri Prezident İlham Əliyevə təşəkkür edib

Pakistanın baş naziri Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib. Bu barədə noyabrın 26-da baş nazir öz Twitter səhifəsində paylaşım edib.

Paylaşımda Pakistandan idxal edilən düyünün 5 il müddətinə gömrük rüsumundan azad edilməsinə dair qərara görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

İki qardaş ölkə avtomobil yolu, dəmir yolu və Qvadar limanı vasitəsilə iqtisadi əməkdaşlığın və əlaqələrin təşviq edilməsi istiqamətində işləyəcək“, – Şahbaz Şərif qeyd edib.

Xatırladaq ki, Pakistan İslam Respublikasından Azərbaycana idxal olunan düyü 15% gömrük rüsumundan azad edilib.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx