TÖVSİYƏ XƏBƏRLƏR

Pambığın və qızılın ixracı artıb

2021-ci ilin yanvar-avqust aylarına olan göstəricilərə əsasən, qeyri-neft sektorunda ən çox ixrac olunan məhsullar pambıq, qızıl və pomidordur. Bu barədə 30 sentyabr tarixində Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dərc etdiyi İxrac icmalında məlumat verilib.

Keçən ilin eyni dövrü ilə müqayisədə pambığın və qızılın ixracı müvafiq olaraq 88% və 12% artaraq 143 və 140 milyon dollar təşkil edib. Cari ilin ilk 8 ayı ərzində pomidorun ixracı 23% azalıb.

Azərbaycanın yanvar-avqust aylarında ən çox qeyri-neft məhsulu ixrac etdiyi ölkələr arasında Rusiya, Türkiyə və İsveçrə yer alıb.