TÖVSİYƏ XƏBƏRLƏR

Pandemiya səbəbindən Rusiyada qalan 650-dək vətəndaş Azərbaycana qaytarılıb

650-dək vətəndaşın yerüstü sərhəd yolu ilə Rusiyadan Azərbaycana gətirilməsi təmin edilib. Bu barədə APA məlumat yayıb.

Qonşu ölkədə qalan və müvafiq prosedura uyğun olaraq qeydiyyata alınan vətəndaşların keçidi “Samur” dövlət sərhəd-keçid buraxılış məntəqəsindən baş tutub.

Keçid prosesi 5 gün davam edib. Ölkəyə daxil olan vətəndaşlardan koronavirus testi götürülüb və bir günlük Qubada karantində saxlanılıblar. Testi neqativ çıxanlar isə bir gündən sonra evə buraxılıb.

Qeyd edək ki, quru sərhəd yolu ilə gediş-gəliş məhdudiyyətləri COVID-19 pandemiya rejimi ilə əlaqədar tətbiq edilib.

Ötən il 29 yanvar – 27 dekabr tarixlərində pandemiya şərtlərinə uyğun olaraq 35 sərhəd keçidi olmaqla 4217 həmvətənimizin təxliyəsi təmin olunub.