Parisdə azərbaycanlı rəssamın sərgisi açılıb

Fransanın paytaxtı Parisdə azərbaycanlı rəssam Niyaz Nəcəfovun sərgisi açılıb. Bu barədə Report sentyabrın 15-də məlumat yayıb.

“Ağ vəsiqə” adlanan sərgi Parisin 1-ci rayonunda, Luvr küçəsində yerləşən İtaliya qalereyasında keçirilir. Sentyabrın 25-dək davam edəcək fərdi sərgidə Azərbaycanlı rəssamın 10-a yaxın əl işi nümayiş olunur.

Niyaz Nəcəfov son 10 il ərzində Azərbaycan incəsənətində öz karyerasının zirvəsini fəth edib. Onun əsərləri Rusiya, ABŞ, Almaniya, Danimarka və bir sıra xarici ölkələrdə nümayiş etdirilib. Hətta rəssamın iki əl işi kolleksiyaçı Albert Sandretti tərəfindən satın alınıb.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Parisdə azərbaycanlı rəssamın sərgisi açılıb”

Tövsiyə xəbərlər