TÖVSİYƏ XƏBƏRLƏR

Parisdə Nizami Gəncəviyə həsr olunmuş tədbir keçirilib

Fransanın paytaxtı Parisdə Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Bu barədə dekabrın 18-də Report məlumat verib.

Tədbiri Azərbaycanın Fransadakı səfirliyi təşkil edib. Burada Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, fransalı jurnalistlər, professorlar və digər şəxslər iştirak ediblər.

Tədbirdə Nizami Gəncəvinin əsərlərinin Fransada daha yaxından öyrənilməsinin əhəmiyyəti müzakirə olunub. Həmçinin burada Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin əsərlərinə bəstələdiyi “Sevgili canan”, Tofiq Quliyevin “Sənə qalmaz”, Fərhad Bədəlbəylinin “Dəniz”, Fikrət Əmirovun “Layla”, “Bulaq başında” əsərləri səsləndirilib.

Nizami Gəncəvi 1141-ci ildə Gəncə şəhərində anadan olub. O, dünya ədəbiyyatında ilk şəkilli bədii yaradıcılıq nümunəsini, “Xəmsə”ni yaradıb. “Xəmsə”yə şairin “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və “İsgəndərnamə” poemaları daxildir. Bu əsərlərdən başqa Nizami Gəncəvi altı qəsidəni, 116 qəzəli, iki qitəni və 30 rübaini qələmə alıb.

Azərbaycanda 2021-ci il “Nizami Gəncəvi ili” elan edilib.