“Parkbulvar”da “Outlet Garage” Günləri keçiriləcək. Bu barədə İnsanoid 21 oktyabr tarixində mybrands.az səhifəsinə istinadən məlumat verir.
Təşkil olunan “Outlet Garage” Günləri 27 oktyabr – 7 noyabr tarixlərində Park Bulvar AVM-in mənfi ikinci mərtəbəsində hər gün saat 10:00-dan 22:00-a kimi baş tutacaq.
Alıcılar 60-dan çox məşhur dünya brendinin geyim və aksessuar çeşidlərinə təklif edilən 90%-ə qədər endirimlərdən yararlana biləcəklər.