TÖVSİYƏ XƏBƏRLƏR

Partlayış baş verən dönərxanada qaz balonu olub

Bakının Nərimanov rayonu ərazisində partlayış baş verən dönərxanada qaz xətti yoxdur. Bu haqda fevralın 7-də Trend “Azəriqaz” İstehsalat Birliyinə istinadən məlumat paylaşıb.

“Obyekt qaz xətti ilə təchiz edilməyib. Orada propan qaz balonundan istifadə edilib”, – deyə məlumatda qeyd edilib.

Bu gün günorta saatlarında Bakının Nərimanov rayonunda yerləşən “Köz tantuni köftə dönər” kafesi yanıb. Yanğın FHN tərəfindən söndürülüb.