16-18 iyun tarixlərində yerli məhsulların və xidmətlərin tanıdılması məqsədi ilə “Partners and Business” sərgisi və konfransı təşkil olunacaq.
Tədbir “Baku Crystal Hall”da saat 10:00-dan 18:00-dək keçiriləcək.
Sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyətdə olan yerli şirkətlər tərəfindən göstərilən xidmətlər və məhsullar nümayiş olunacaq.
Ümumilikdə 200-ə yaxın şirkətin və 10 000 ziyarətçinin iştirakı nəzərdə tutulur.
Sərgidə ziyarətçi qismində iştirak ödənişsizdir. Tədbirə qatılmaq üçün əvvəlcədən qeydiyyatdan keçmək lazımdır.