17:51 Bakı Dövlət Sirki yaxınlığında baş verən atışmada iştirak etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb
Bakı Dövlət Sirki yaxınlığında bu gün baş verən atışmada iştirak etməkdə şübhəli bilinən iki nəfər ölkəni tərk etmək istəyərkən Heydər Əliyev adına Hava Limanında saxlanılıb.
Bu barədə 10 mart tarixində AZfront məlumat verib.
***
15:45 Şübhəli bilinən şəxs saxlanıldı
“Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanıldı”, – Daxili İşlər Nazirliyindən bildirilib.
***
15:23 Bakı Dövlət Sirkinin yaxınlığında xəsarət alanların adları açıqlanıb
“Araşdırmalarla məlum olub ki, hadisədə 2 nəfər xəsarət alıb. Xəsarət alanlar: 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü il təvəllüdlü Tamerlan Hüseynov xəstəxanaya çatdırılıblar”, – Daxili İşlər Nazirliyi məlumat verib.
***
15:10 Atışmada xəsarət alanlardan biri tələbədir
Sosial şəbəkələrdə yayılan məlumata görə, atışmada xəsarət alanlardan biri tələbədir.
***
14:51 Sirkin yaxınlığında atışma baş verib
Bakıda silahlı qarşıdurma olub. Bu barədə İnsanoid sosial şəbəkələrə istinadən bu gün, 10 mart tarixində xəbər verir.
Hadisənin Bakı Dövlət Sirkinin yaxınlığında baş verdiyi bildirilib.
İlkin məlumata görə, baş verən silahlı insident zamanı iki nəfər güllələnib.