Bu il sentyabrın 15-ə qədər Bakı şəhərində 321 yol qəzası qeydə alınıb. Bu haqda Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov sentyabrın 23-də məlumat verib.
Polis rəisinin sözlərinə görə, baş verən hadisələr nəticəsində 127 nəfər vəfat edib, 246 nəfər isə xəsarət alıb:
“Ötən illərlə müqayisədə yol qəzaların sayında artım müşahidə olunur. “Yol hərəkəti qanun”unun tələbləri düzgün yerinə yetirilməlidir ki, bu cür hadisələr yaşanmasın”.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.