Paytaxtda avtomobillərin hərəkətində sıxlıq yaranan küçə və prospektlərin siyahısı açıqlanıb. Bu barədə Bakı Nəqliyyat Agentliyi sentyabrın 22-də məlumat yayıb.
Hazırda sıxlıq müşahidə olunan ərazilər aşağıdakılardır:
- Alı Mustafayev küç. – 20 Yanvar dairəsindən Ziya Bünyadov pr. istiqamətində
- Ziya Bünyadov pr. – Abdulvahab Salamzadə küç. tunelin içi və kənar yol-hər iki istiqamətdə
- Rəşid Behbudov küç. – Xəqani küç. ilə kəsişmədən Mərkəzi Bankın qarşısına qədər
- Bakı-Sumqayıt şossesi – şəhər istiqamətində
- Babək pr. – Yusif Səfərov küç. istiqamətində
- Üzeyir Hacıbəyli küç. – Cavanşir körpüsündə
- Yusif Səfərov küç. – Cavanşir körpüsü istiqamətində.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.