Paytaxtda daha bir marşrut xətti kart sisteminə keçir

Sentyabrın 3-dən etibarən 194 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı “Bakıkart” vasitəsilə ödəniləcək. Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Marşrutun hərəkət sxemi üzrə aşağıdakı ünvanlarda yerləşən “OBA” marketlərdə kartların balansının artırılması üçün POS terminallar quraşdırılıb:

Binəqədi rayonu:

  1. A.Hüseynov küç., Rəsulzadə qəs.
  2. Azadlıq pr. 104
  3. 2-ci Mədən küç.

Abşeron Rayonu:

  1. 28 May küç. 269A, Mehdiabad qəs.
  2. Cəfər Cabbarlı küç. 5, Mehdiabad qəs.

Sabunçu rayonu:

  1. Əjdər Məlikov küç., Pirşağı qəs.
  2. Sovxoz 2, Cəfərəliyev küç., Pirşağı qəs.

Bundan əvvəl, 165 və 130 nömrəli marşrut xətləri kart sisteminə keçib. Beləliklə nağdsız ödəniş sisteminə inteqrasiya olunan marşrut xətlərinin sayı 75-ə çatıb.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Paytaxtda daha bir marşrut xətti kart sisteminə keçir”

Tövsiyə xəbərlər