TÖVSİYƏ XƏBƏRLƏR

Paytaxtda fəhlə elektrik cərəyanı vurması nəticəsində həlak olub

Bakının Nərimanov rayonu, M.Araz, 92 ünvanında avqustun 12-də saat 09:00 radələrində fəhlə həlak olub. Bu barədə Baş Prokurorluq məlumat paylaşıb.

Fəhlə kimi çalışan 39 yaşlı şəxs işlədiyi üçmərtəbəli binanın zirzəmisində elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.

Faktla bağlı “tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda” maddəsilə cinayət işi açılıb.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx