Bakının Binəqədi rayonunda işsiz və işaxtaran şəxslər üçün əmək yarmarkası keçirilib. Bu barədə iyulun 22-də Dövlət Məşğulluq Agentliyi xəbər paylaşıb.
Yarmarkada 30 müəssisə tərəfindən 800-ə yaxın vakant iş yeri təqdim edilib.
Peşə və ixtisası olmayan şəxslərin peşə hazırlığına, ödənişli ictimai işlərə, özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyatı aparılıb.
2022-ci ilin ilk yarımilliyində 28 əmək yarmarkası keçirilib. Yarmarkalarda 180 şirkət iştirak edib və 4 mindən çox vakansiya təqdim edilib. 206 şəxs işlə təmin olunub.