Paytaxtda üç nəfər koronavirus xəstəsi saxlanılıb

Bakının Suraxanı rayonunda üç nəfər koronavirus xəstəsi aşkar edilərək saxlanılıb. Bu barədə sentyabrın 13-də Daxili İşlər Nazirliyindən məlumat verilib.

Saxlanılanlar COVID-19 testinin pozitiv çıxmasına və evdə müalicəyə cəlb olunmalarına baxmayaraq yaşadıqları ünvanları tərk ediblər. Həmin şəxslər müalicə təyin olunan ünvana yerləşdiriliblər.

Xəstəliyin yayılmaması üçün qanunvericiliyə uyğun olaraq araşdırmalar davam etdirilir.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Paytaxtda üç nəfər koronavirus xəstəsi saxlanılıb”

Tövsiyə xəbərlər