TÖVSİYƏ XƏBƏRLƏR

Paytaxtda sıxlıq qeydə alınan yollar açıqlanıb

Paytaxtda avtomobillərin hərəkətində sıxlıq yaranan küçə və prospektlərin siyahısı açıqlanıb. Bu haqda Bakı Nəqliyyat Agentliyindən sentyabrın 24-də bildirilib.

Hazırda sıxlıq qeydə alınan ərazilər aşağıdakılardır:

  •  Alı Mustafayev küç. – 20 Yanvar dairəsindən Ziya Bünyadov pr. istiqamətində;
  • Rəşid Behbudov küç. – Xəqani küç. ilə kəsişmədən Mərkəzi Bankın qarşısına qədər;
  • Bakı-Sumqayıt şossesi – şəhər istiqamətində;
  • Babək pr. – Yusif Səfərov küç. istiqamətində;
  • Heydər Əliyev pr. – orta və kənar yol  Atletlər kəndinin qarşısından mərkəz istiqamətində;
  • Koroğlu Rəhimov küç. – Həsən Əliyev küç. istiqamətində;
  • Üzeyir Hacıbəyli küç. – Cavanşir körpüsündə.