Bakı şəhərinin Yasamal rayonundakı 2-ci Alatava adlanan ərazidə silah aşkar olunub. Bu barədə 30 oktyabr tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş silahın istifadəyə yararlı bir ədəd İJ-56 “Belka” 12-16 mm kalibrli ov tüfəngi olduğu müəyyən edilib.
Silah ərazidən götürülərək hüquq-mühafizə orqanı əməkdaşlarına təhvil verilib.
“Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib”, – məlumatda qeyd olunub.