TÖVSİYƏ XƏBƏRLƏR

Paytaxtda üç nəfərin bank kartından 1 482 manat oğurlanıb

Bakıda üç nəfərin bank kartından 1 482 manat oğurlanıb. Bu barədə 10 noyabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.

Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda üç nəfərin bank kartlarından hesablarındakı ümumilikdə 1 482 manat pulu oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Cabir Əsgərov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.