TÖVSİYƏ XƏBƏRLƏR

Paytaxtda yol polisini avtomobil vurub

Bakıda yol hərəkətini tənzimləyən polis əməkdaşını avtomobil vurub. Bu barədə 29 sentyabr tarixində Report məlumat verib.

Hadisə bu gün səhər saatlarında paytaxtın Neftçilər proskpekti, “Kukla” teatrının yanında qeydə alınıb.

Belə ki, polis serjantı Ağamalıyev Ramin Rasim oğlu həmin ərazidə xidmət apararkən hərəkətdə olan avtomobil onu vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti normaldır.

Faktla bağlı araşdırma aparılır.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx