Paytaxtın mərkəzində iki avtomobil toqquşub

Paytaxtın mərkəzində iki avtomobil toqquşub, bir nəfər yaralanıb

Bakıda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 20 yanvar tarixində Oxu.az məlumat verib.

Hadisə Dilarə Əliyeva və Rəsul Rza küçələrinin kəsişməsində baş verib.

Belə ki, “Toyota Prius” markalı 99-UV-323 dövlət nömrə nişanlı maşınla “Toyota Corolla” markalı 77-EU-316 dövlət nömrə nişanlı avtomobil toqquşub.

Hadisə zamanı 74 yaşlı Ruhəngiz Hüseynova başından və sol ayağından zədələnib. Zərərçəkən deyir ki, yolu keçərkən avtomobillər toqquşub və maşınlardan biri ona çarpılıb.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx