Peşə-Əmək Reabilitasiya Mərkəzində ötən dövrdə 2 600 gəncə peşə və sosial reabilitasiya xidmətləri göstərilib

Peşə-Əmək Reabilitasiya Mərkəzində ötən dövrdə 2 600 gəncə peşə və sosial reabilitasiya xidmətləri göstərilib

Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzində 2022-ci ildə 603 gəncə peşə və sosial reabilitasiya xidmətləri göstərilib. Bu barədə 24 yanvar tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat verib.

Onlardan əlilliyi olan 420 gənc kompüter istifadəçisi, kompüter dizayneri, dərzi, bərbər, toxuculuq, ağac üzərində oyma, aşpaz köməkçisi, xalçaçılıq, rəssamlıq, kulinariya və s. peşə hazırlığı kurslarında olub. Digərləri isə sosial reabilitasiya xidmətləri ilə təmin edilib.

Hazırda Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində 212 nəfərin peşə və sosial reabilitasiya kursu davam edir.

İndiyədək ölkəmizin bütün bölgələri üzrə 2 600 gənc həmin mərkəzdə peşə və sosial reabilitasiya kursu keçib.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx