TÖVSİYƏ XƏBƏRLƏR

“Pfizer” vaksininin dozalarını müxtəlif məntəqələrdə vurdurmaq olarmı?

Sentyabrın 20-də Trend-ə Mərkəzi Klinikadan bildirilib ki, əgər vətəndaş “Pfizer” vaksininin birinci dozasını rayonda vurdurubsa, ikinci doza üçün Bakıda istənilən “Pfizer” vaksini olan klinikaya yaxınlaşa bilər. Lakin vətəndaş birinci dozanı Bakıda vaksinasiya məntəqələrində vurdurubsa, ikinci doza üçün də mütləq həmin ünvana getməlidir.

Səhiyyə Nazirliyindən isə fərqli açıqlama verilib. Qeyd olunub ki, vətəndaşlar “Pfizer” peyvəndinin ikinci dozasını da digər vaksinlər kimi, həmin vaksinin olduğu istənilən məntəqəyə yaxınlaşıb vurdura bilərlər.

“Pfizer” vaksininin vurulması Bakı Sağlamlıq Mərkəzində və Zərifə Əliyeva 5 ünvanında yerləşən Mərkəzi Klinik Xəstəxanasının ambulatoriyası ilə yanaşı, həmçinin “Leyla Medical Center”də, “Caspian İnternational Hospital”da və M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında da aparılır.