Paytaxtın Qaradağ rayonunda yerləşən “Binə” və “Sədərək” ticarət mərkəzlərində müxtəlif şirkətlərə icarəyə verilmiş anbarlarda polis əməliyyat keçirib. Bu haqda iyunun 10-da Qafqazinfo xəbər verib.
Azərbaycana idxal olunan malların vergidən yayındırılması, sənədlərin saxtalaşdırılması və digər məsələlərlə bağlı yoxlama aparılıb.
Əməliyyatla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.