Polis əməliyyat keçirib: narkotik satan şəxslər saxlanılıb

Avqustun 6-da polis əməkdaşlarının keçirdikləri “Xaş-xaş” adlı əməliyyat nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən iki şəxs saxlanılıb. Bu barədə DİN məlumat verib.

Bərdədə çətənə bitkisinin kultivasiyası ilə məşğul olan Dəymədağıldı kənd sakini saxlanılıb. Onun evindən çəkisi 5 kiloqramdan artıq olan qurudulmuş marixuana və kultivasiya yolu ilə yetişdirilmiş 19 ədəd çətənə kolu götürülüb.

Beyləqanda narkotik maddələrin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Birinci Şahsevən kənd sakini saxlanılıb. Onun üzərindən və yaşadığı evdən iki büküm patı, 19 qramdan artıq heroin və bir ədəd elektron tərəzi aşkar edilib.

Faktlarla bağlı araşdırmalar davam edir.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx