Polis əməliyyatlar keçirib, 18 nəfər saxlanılıb

Astara rayonunda sentyabrın 23-də polis tərəfindən əvvəllər məhkum olunmuş vətəndaşın evində keçirilən əməliyyat zamanı 12 kiloqram heroin, 910 qram tiryək, 2 kiloqram 60 qram “patı”, “şüşə” və 1 ədəd elektron tərəzi aşkar edilib. Bu barədə DİN məlumat verib.

Yasamal rayonunda həyata keçirilən digər əməliyyatlar zamanı isə daha 2 nəfər saxlanılıb. Onlardan ümumi olaraq 2 kiloqram 58 qram heroin, 4 ədəd metadon həbi və 1 ədəd elektron tərəzi götürülüb.

Paytaxtın Nizami rayonu və Sumqayıt şəhərində narkotik dövriyyəsi ilə məşğul olan daha 4 nəfər saxlanılıb. Onlardan ümumilikdə 1 kiloqram 766 qram heroin, tiryək, marixuana, metamfetamin, eləcə də 30 ədəd metadon həbi və 2 ədəd elektron tərəzi götürülüb.

Keşlə qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan iki şəxsdə isə müvafiq olaraq 12 qram və 7 qram heroin aşkar edilib.

Xəzər və Binəqədi rayonlarında narkotik satan daha 2 nəfər polis tərəfindən saxlanılıb. Şəxslərin həyətyanı sahələrində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduqları aşkarlanıb. Ümumilikdə 4 kiloqram 257 qram qurudulmuş marixuana, çətənə kolları və elektron tərəzi, 33 ədəd çətənə kolu və toxumları, həmçinin 1 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilib.

Yevlax rayonunda polisin həyata keçirdiyi əməliyyat zamanı isə narkotik vasitlərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 4 nəfər saxlanılıb. Ümumilikdə 2 kiloqram 501 qram heroin və 1 ədəd tərəzi aşkar edilib.

Sentyabrın 23-də Füzuli rayonunda polis tərəfindən daha 3 vətəndaş saxlanılıb. Axtarışlar zamanı saxlanılan şəxslərdən “patı” adlanan psixotrop maddə metamfetamin, heroin və marixuana aşkar edilərək götürülüb.

Bərdə rayonunda polis vətəndaşın evinə baxış keçirən zaman 9 kiloqrama yaxın marixuana aşkar edib. Digər vətəndaşdan isə heroin aşkar edilərək götürülüb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.

Sonuncu əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən sentyabrın 21-də sosial şəbəkələrdə narkotik satan 20 nəfərlik dəstə həbs edilmişdir.

 

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Polis əməliyyatlar keçirib, 18 nəfər saxlanılıb”

Tövsiyə xəbərlər