TÖVSİYƏ XƏBƏRLƏR

Polis son anda ölümdən xilas olub – VİDEO

Xəzər rayonu ərazisində yol polisi avtomobillərinin iştirakı ilə yol qəzası baş verib. Bu barədə İnsanoid bu gün, 18 sentyabr tarixində xəbər verir.

Ötən gün Mərdəkan-Zuğulba yolunda “Toyota” markalı avtomobil yol kənarında dayanmış Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus “BMW” markalı xidməti avtomobilə çarpılıb. Zərbənin təsirindən patrul avtomobili qarşısında dayanmış digər DYP maşınını vurub.

Görüntülərdən aydın olur ki, DYP maşınının arxasında dayanmış polis əməkdaşı özünü zərbədən son anda qaçıra bilir.

Xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx