Polşada Novruz bayramı münasibətilə Azərbaycan mətbəxi nümayiş olunub. Bu haqda 23 mart tarixində Report.az məlumat verib.
Paytaxt Varşava da daxil olmaqla Polşanın bir neçə şəhərində keçirilən kulinar sərgidə Azərbaycanın müxtəlif bölgələrindən mətbəx nümunələri təqdim edilib.
Tədbirə polyaklarla yanaşı, Polşada turist səfərində olan digər xarici qonaqlar, o cümlədən 300-dən çox azərbaycanlı qatılıblar.