TÖVSİYƏ XƏBƏRLƏR

Prezident Ağdamda Dəmir yolu və Avtovağzal Kompleksinin təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Ağdam şəhərində Dəmir yolu və Avtovağzal Kompleksinin təməlqoyma mərasimində iştirak ediblər. Bu barədə President.az məlumat yayıb.

Kompleks milli arxitektura üslubunda dizayn edilib. Eyni zamanda kompleksin tikintisində milli ornamentlər əsas götürülməklə şüşə elementlərdən geniş istifadə olunacaq.

Dəmir yolu vağzalı gündəlik 800-1 000 nəfər sərnişinin daşınmasına imkan verəcək. Avtovağzal isə gündəlik 1 300-1 500 nəfər sərnişinə xidmət edəcək.

Kompleksdə, həmçinin gözləmə zalları, bilet kassaları, tibb və polis məntəqələri, ana və uşaq otağı, əl yüklərini saxlama kamerası, texniki otaqlar, mağazalar, uşaqlar üçün əyləncə zonası, restoran və istirahət guşələri yaradılacaq.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx