Prezident: “Bütün keçmiş məcburi köçkünləri Qarabağda yenidən məskunlaşdırmağı planlaşdırırıq”

Avqustun 24-də İlham Əliyev BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul edib.

Görüşdə prezident bildirib ki, ən qısa müddətdə bütün keçmiş məcburi köçkünləri Qarabağda yenidən məskunlaşdırılması planlaşdırılır.

“Amma əsas problem mina və hər yerin tamamilə dağıdılmasıdır. Buna görə də BMT ilə əsas məqsədimiz bir-birimizə tərəfdaş olaraq azad edilmiş torpaqlarımızın bərpa edilməsinə nail olmaqdır”, – prezident vurğulayıb.

BMT tərəfindən dekabr ayında Qarabağ bölgəsində tələbatların qiymətləndirilməsinə dəstək olunub. Əvvəlki təmas xətti boyu 6 rayonda minaların təmizlənməsi üçün ANAMA-ya yardım məqsədilə 1 milyon dollar toplanmışdı.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Prezident: “Bütün keçmiş məcburi köçkünləri Qarabağda yenidən məskunlaşdırmağı planlaşdırırıq””

Tövsiyə xəbərlər