TÖVSİYƏ XƏBƏRLƏR

Prezident Cəmmu və Kəşmir məsələsində Azərbaycanın hər zaman Pakistanı dəstəklədiyini bildirib

Prezident İlham Əliyev Azərbaycanın Pakistanı Cəmmu və Kəşmir məsələsində hər zaman dəstəklədiyini bir daha qeyd edib. Bunu dövlət başçısı bu barədə Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Asim Muniri qəbul edərkən deyib.

Bu barədə 1 noyabr tarixində Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Asim Munir İkinci Qarabağ müharibəsində əldə olunan Qələbə və bu ilin sentyabrında həyata keçirilən antiterror tədbirlərində Azərbaycanın qazandığı uğurlar münasibətilə təbriklərini çatdırıb.