Prezident İlham Əliyev və Amerikanın dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub. Bu barədə 22 mart tarixində Apa.az xəbər yayıb.
Ölkə başçısı bildirib ki, Ermənistanın Laçın yoluna köməkçi yoldan istifadə edərək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərimizdə qanunsuz hərbi daşımalar, şəxsi heyətin rotasiyasını həyata keçirməsi, habelə Ermənistan silahlı qüvvələrinin 10 minə yaxın hərbçisinin hələ də Azərbaycan ərazisində olması ciddi narahatlıq doğurur. Laçın yolunun Ermənistanla sərhəd nöqtəsində sərhəd-keçid məntəqəsinin yaradılması labüddür.