Prezident İlham Əliyev Ukrayna başsağlığı

Prezident İlham Əliyev Volodimir Zelenskiyə başsağlığı verib

Prezident İlham Əliyev ukraynalı həmkarına başsağlığı verib. İnsanoid.com bu barədə 19 yanvar tarixində President.az-a istinadən xəbər verir.

Vladimir Zelenskiyə ünvanlanan başsağlığı Ukraynanın Kiyev vilayətinin Brovarı şəhərindəki helikopter qəzası ilə bağlı olub. Mətndə deyilir:

“Hörmətli cənab Prezident. Kiyev vilayətinin Brovarı şəhərində helikopterin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər bizi olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Ukrayna xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx