“Bu gün hər hansı bir sərtləşməyə getməyə ehtiyac yoxdur”. Bunu avqustun 20-də Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə prezidentin köməkçisi Şahmar Mövsümov deyib.
“Pandemiyadan çıxış yolu peyvəndlənmədir. Bugünədək 6 milyon dozaya qədər vaksin vurulub və hər hansı əks təsir müşahidə edilməyib. COVID-19-dan ölənlərin 99%-i vaksin olunmayanlardır”, – deyə prezidentin köməkçisi vurğulayıb.
Brifinqdə qeyd edilib ki, sentyabr ayının 1-dən böyük ticarət mərkəzlərinə, mehmanxanalara giriş yalnız COVID pasportu ilə olacaq. Eyni zamanda, pasport ali təhsil müəssisələrində tələbələrdən də istəniləcək.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.