Professor: İnsanları öldürən COVID-19 deyil, stress və ruhi sarsıntıdır

İnsanların ölümünə səbəb profilaktik və şəxsi gigiyenik tədbirlərə əməl olunmaması, ruhi sarsıntı, stress, gərginlik və koronavirusa görə yaranan ölüm qorxusudur. Bunu sentyabrın 23-də Azərbaycan Tibb Universitetinin professoru Musa Qəniyev bildirib.

Musa Qəniyev qeyd edib ki, hər gün sosial şəbəkələrdə kiminsə virusdan ölüm xəbəri digər insanlara güclü psixoloji təsir göstərir. “Naməlum ölüm səbəbləri COVID-19-un statistikasına salınmamalıdır. Bunu etmək cinayətdir”, – deyə professor vurğulayıb.

Mütəxəssisin sözlərinə görə, COVID-19-un əsas yoluxma mənbəyi hava-damcı yolu, yəni nəfəs-nəfəsə dayanmaq, xüsusən öpüşüb-görüşmək kimi ünsiyyət formasıdır. “COVID-19-dan qorunmanın ən etibarlı yolu  gigiyenik tələb və normal ünsiyyət formalarına əməl etməkdir”, – deyə Musa Qəniyev əlavə edib.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Professor: İnsanları öldürən COVID-19 deyil, stress və ruhi sarsıntıdır”

Tövsiyə xəbərlər