TÖVSİYƏ XƏBƏRLƏR

Prokurorluğa qulluğa qəbulla bağlı yazılı imtahan keçirilib

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsi keçirilib. Bu barədə noyabrın 18-də Baş Prokurorluqdan məlumat verilib.

Ümumilikdə 174 nəfər iştirak edib. Onlardan 37-si qadındır.

Həmin gənclər BDU-nun, DİA-nın, Naxçıvan Dövlət Universitetinin, Milli Aviasiya Akademiyasının və xarici ali təhsil müəssisələrinin məzunlarıdır.

2002-ci ildən başlayaraq müsabiqə yolu ilə qulluğa qəbul edilmiş gənc hüquqşünaslar hazırda prokurorluğun kadr korpusunun 84%-ini təşkil edirlər. Onların yarısından çoxu yuxarı təsnifat üzrə, o cümlədən bir qismi rəhbər vəzifələrə irəli çəkilib.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx