Prokurorluq Daşkəsən sakininin minaya düşməsi ilə bağlı açıqlama yayıb

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, 29 avqustda Daşkəsən sakini kənd-təsərrüfatı ilə məşğul olarkən minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə Daşkəsən rayonu, Alaxançallı kəndinin Kəlbəcər rayonu ilə sərhəd hissəsində yerləşən “Təkqaya” adlanan ərazidə baş verib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Prokurorluq Daşkəsən sakininin minaya düşməsi ilə bağlı açıqlama yayıb”

Tövsiyə xəbərlər