Prokurorluq orqanlarının əməkdaşları ağacəkmə aksiyası keçiriblər

Sentyabrın 25-də prokurorluqların əməkdaşları Azərbaycan Prokurorluğunun yaranmasının 103 illiyi münasibətilə ağacəkmə aksiyası keçiriblər.

Tədbirdə 1 200-dən artıq şam və zeytun ağacları əkilmiş, eyni zamanda həmin ərazidə ötən illərdə əkilmiş ağaclara aqrotexniki qulluq göstərilmiş və təmizlik-abadlıq işləri aparılıb.

Əkilən ağacların inkişafı üçün münbit torpaq və mineral gübrələrdən istifadə olunmuş, həmçinin onların küləkdən qorunması məqsədilə zəruri tədbirlər görülüb.

Aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 1 oktyabr – Azərbaycan Respublikası prokurorluğu işçilərinin peşə bayramı günüdür.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Prokurorluq orqanlarının əməkdaşları ağacəkmə aksiyası keçiriblər”

Tövsiyə xəbərlər