“Ermənistan rəhbərliyi mahiyyətcə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb”. Bunu Rusiya Prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında çıxışı zamanı deyib.
Bu barədə 12 sentyabr tarixində Report xəbər verib.
O, Azərbaycanın Qarabağda hansısa etnik təmizləmədə maraqlı olmadığını bildirib.
“Ermənistan baş naziri Nikol Paşinyanla daim təmasdayam. Bu günlərdə ondan ətraflı məktub almışam”, – V. Putin bildirib.
Rusiya Prezidenti deyib ki, Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb və özü Qarabağın statusunu müəyyən edib.