Avqustun 20-də Qəbələ rayonunun Solquca kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın söndürülüb. Bu haqda FHN məlumat verib.
Yanğın nəticəsində 35 hektar ərazidə quru ot və kol-kos yanıb. Yanğınla mübarizə tədbirlərinə 2 ədəd helikopter cəlb olunub.
Yanğınsöndürmə işlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və yerli sakinlər iştirak edib.
Yanğın avqustun 15-də başlayıb.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.