Sentyabrın 3-də Qəbələ rayonunun Solquca və Abrıx kəndləri istiqamətində dağlıq ərazidəki meşə yanğını söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
İlkin hesablamaya əsasən, təxminən 100 hektar sahədə quru ot, kol-kos və qurumuş ağaclar yanıb.
***
15:02
Qəbələ rayonunun Solquca və Abrıx kəndləri istiqamətində dağlıq ərazidəki meşə yanğını məhdudlaşdırılıb. Bu barədə 3 sentyabr tarixində Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Yanğının söndürülməsinə FHN-nin müdafiə qoşunları və Aviasiya dəstəsinin 3 helikopteri cəlb olunub. Hazırda ərazidə soyutma tədbirləri həyata keçirilir.
Yanğın avqustun 26-da başlayıb.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.